Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah, partiyasının haqsız iddialarla qarşılaşdığını, bu iddialara qarşı özünü müdafiə etmə haqqının olduğunu ifadə edərək, ”Livanda sabitlik bəzi qüvvələrin maraqlarına uyğun gəlmir” – dedi.
İsra.Az saytının istinadlı xəbərinə əsasən, Nəsrullah TV-də çıxışında, sabiq baş nazir Rəfiq Həririnin öldürülməsi mövzusunun yenidən, Hizbullahı günahlandırmaq və Livan-Suriya əlaqələrinin inkişafına maneə törətmək üçün istifadə edilə biləcəyini iddia etdi.
2007-ci ildə BMT tərəfindən qurulan və Həriri sui-qəsdini araşdıran xüsusi məhkəmənin, istintaqa başlarkən Hizbullah üzvlərini də şahid olaraq dinlədiyini ifadə edən Nəsrullah, Baş nazir Səid Həririnin May ayında ona, ”İddianamədə Hizbullah günahlandırılacaq, amma yalnız müəyyən, idarəsiz üzvləri. Partiya tamamilə hədəf alınmayacaq” -dediyini ifadə etdi. Nəsrullah, ”Əgər Hizbullah doğrudan günahlandırılsa bunun Livanda Sünni və Şiələr arasında qanlı qarşıdurmalara səbəb olacağını” – qeyd etdi.
Həririnin öldürülməsindən sonra beynəlxalq mətbuatın Suriyanı və Livanlı dörd generalı məsul göstərməyə başladığına işarə edən Nəsrullah, ”Media bu gün də günahlandırmağa hazırdır. Livana yaxın bir hücum hazırlığı olduğunu düşünürük” -dedi.