İraqın Nəcəf şəhərinin cümə namazının xətibi Azərbaycandakı hicab qadağasını tənqid edib
İslam-Azeri.az İnternet qəzetinin "ABNA"ya istinadən verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərinin imam cüməsi Seyyid Sədrəddin Qabanci Azərbaycanda orta məktəblərdəki hicab qadağasından danışıb.
Cümə xütbəsində hicab qadağasını tənqid edən Seyyid Sədrəddin bu addımların İslam dininə qarşı addım olduğunu önə çəkərək qızların təhsildən məhrum edilməsini insan haqlarınının kobud surətdə pozulması adlandırıb.
Bu qadağanın aradan qaldırılacağını ümid etdiyini önə çəkən Nəcəfin imam cüməsi, belə xəbərlərin bütün müsəlmanlar kimi iraqlıları da narahat etdiyini bildirib.