Nəcəfdə Kürd toplu məzarı tapılıb

İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə, İraq İnsan Haqqları Nazirliyi Nəcəf şəhərində 3 min Kürdün basdırılmış olduğu bir toplu məzarı tapıldığını açıqlayıb.

İraq Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar məlumat yayınlayıb. Məlumatda, Qadisiyə bölgəsində Kürdlərdən ibarət olan 3 min nəfərin basdırılmış olduğu bir toplu məzarın olduğunu təsdiqlənib.

İraq İnsan Haqqları Nazirliyinin Nəcəf Bürosu Sədri Fazil Qarəvi tərəfindən verilən açıqlamada, tapılan məzardakı 3 min cəsədin Kürdüstandan bu bölgəyə köç edən Kürdlərə aid olduğunu qeyd edib.

Fazil Qarəvi, tapılan cəsədlərin 1990-cı ilin əvvəlində Səddam rejiminə qarşı çıxan Kürdlərə aid olduğunu bildirərək təşkil ediləcək mərasimdən sonra Nəcəfdən Kürdüstan bölgəsinə nəql ediləcəyini deyib.

Nəzərinizə çatdıraq ki, Səddam rejimi, 1985-1988 illər ərzində Kürdlərə qarşı təşkil etdiyi "Ənfal əməliyyatları"nda 182 min Kürdü qətlə yetirmişdi.

İslam-Azeri.az


В этом разделе