Mossadın "Gideon" terrorçubaşı dəyişdi

Misir mətbuatı İsrailin xüsusi xidmət orqanı Mossada bağlı terrorçu təşkilatın liderinin dəyişdiyini açıqlayıb.

İslam-Azeri.az İnternet qəzetinin "7 Kanal"a istinadən verdiyi xəbərə görə, "Ruz əl Yusif" qəzeti Mossadın "Gideon" adlı terrorçu qruplaşmasının liderinin sabiq kəşfiyyat rəhbəri Meir Daqan tərəfindən istefaya göndərildiyini bildirib.

Misirdəki terror planlarının ifşa edilməsindən sonra "Gideon" liderinin işdən qovulduğunu yazan "Ruz əl Yusif" qəzeti bu posta yeni bir nəfərin təyin edildiyini yazıb.

"Ruz əl Yusif" qəzeti Mossad direktoru olmaq üçün mütləq "Gideon"da xidmət etməyin vacib olduğunu önə çəkib.

Tövrat və Talmuddan qaynaqlanan bu təşkilatın 40 üzvünün olduğunu önə çəkən Misir qəzeti "Gideon"un qərargahının Nəqba çölündə olduğunu, həmçinin bu terrorçu qurumun 40 üzvünün 40-nın da Mossad əməkdaşı olduğunu bildirib.

Verilən məlumata görə, Mossad "Gideon" vasitəsilə ən çətin əməliyyatları həyata keçirir, xüsusilə bu əməliyyatlar terror aktları olur.

Mossad 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi İşğalçı rejimin paytaxtı - Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, keçən əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2011-ci ildən etibarən Mossadın rəhbəri Tamir Pardodur. Rəhbər birbaşa baş nazirə məruzə edir.

Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir:

Toplanış bölməsi - ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur. Qismən məxfi, qismən də açıq şəkildə - İsrailin diplomatik konsulluqlarında olmaqla bütün dünyada filialları mövcuddur. Ehtimallara görə şöbə özü də regionlar üzrə bölünür.

Siyasi işlər və əməkdaşlıq üzrə şöbə dost ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq və İsrailnən birbaşa rəsmi diplomatik münasibətləri olmayan ölkələrnən əlaqələr saxlamaq işlərinə baxır. İsrailin bir qədər iri konsulluqlarının hər birində bu şöbənin işçiləri çalışır.

Xüsusi təyinatlı əməliyyatlar şöbəsi, və ya Meçada, hücum, sabotaj və hərbi aksiyaların təşkili və ən yüksək məxfilik şəraitində psixoliji müharibələrin aparılması məsələləri ilə məşğuldur.

LAP - psixoloji müharibələr və təbliğatlar aparılması və aldadıcı manevrlərin işlənilməsi ilə məşğul olur.

Tədqiqatlar şöbəsi - burada dünyanın müxtəlif bölgələrindəki durum haqqında vaxtaşırı hesabatlar hazırlanır. 15 regional qrupa bölünür və xüsusi diqqət Yaxın Şərqə yönəlmişdir. Şöbə daxilində atom silahları ilə məşğul olan qrup da mövcuddur.

Texniki şöbə - Mossadın həyata keçirdiyi əməliyyatların maddi-texniki təminatına və xüsusi təyinatlı texniki avadanlıqların işlənib hazırlanması məsələlərinə cavabdehlik daşıyır.

Mossad- mülki strukturdur, orada hərbi rütbələrdən istifadə olunmur. Bununla belə işçilərinin əksəriyyəti orduda xidmət etmiş, çoxları isə orduda zabit rütbəsinə sahibdir.


В этом разделе