Mixail Boqdanov: “Bəşər Əsəd bizə dedi ki, xalq başqa bir namizədi dəstəkləsə, hakimiyyətdən gedəcək”

“Suriya prezidenti Bəşər Əsəd bizə bildirib ki, xalq başqa bir insanı prezident kimi görmək istəyərsə, iqtidardan ayrılacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib. Parisdə Suriya müxalifəti ilə görüşən M. Boqdanov Suriyadakı mövcud rejimin hələ də güclü olduğunu bildirib. O, Suriyada prezident seçkilərinin 2014-cü ildə keçiriləcəyini qeyd edib: “Cenevrə müzakirələri çərçivəsində Suriya iqtidarı və müxalifəti bir masa ətrafında siyasi proseslərin parametrlərini müəyyən etməlidir. Rusiya Suriyada iqtidarla müxalifət arasında barışığın əldə olunmasının tərəfdarıdır. Suriya müxalifətinə edilən silah yardımı çox risklidir. Bu, Suriyanı Somaliləşdirməkdir”.

Diplomat Suriya problemi ilə bağlı Moskvada konfrans keçirməyi təklif etdiklərini də əlavə edib: “Biz Moskvada keçirməyi təklif etdik. Başqalarl Parisdə və ya Cenevrədə keçirmək istəyərsə, bizim üçün heç bir fərq etməz. Ən əsası barışıq prosesini mümkün qədər tez başlatmaqdır”.

В этом разделе