Misirli vəhabilər Mursinin İran ziyarətinə etiraz ediblər

Xebername.az İnternet qəzeti Türkiyə kiv-ə istinadən xəbər verir ki, Misirdə vəhabi meylli qruplar prezident Məhəmməd Mursinin tarixi İran ziyarətini, Suriyada artan şiddət hadisələri çərçivəsində beynəlxalq ictimaiyyətə istiqamətli səhv mesaj veriləcəyini iddia edərək  tənqid ediblər.

Vəhabi meylli olaraq bilinən qrupların bir araya gəldiyi cəbhənin rəsmi spikeri Xalid Səid, Suriyada vətəndaşları hədəf alan hücumlardan, Şam rejiminə dəstək verən İranın da məsul olduğunu iddia edərək, Mursinin ziyarətinin, ''Yersiz' olduğunu bildiriblər.Səid, ''Bu ziyarət ləğv edilməli idi və ya Mursi yerinə bir başqası getməli idi'' deyib.

Misir Respublika prezidenti Məhəmməd Mursi, sabah başlayacaq üç günlük Çin ziyarəti sonrasında İrana keçərək, Tehranda təşkil edilən Qoşulmama sammitində iştirak edəcək.

Qeyd edək ki, Mursinin ziyarəti 1979-cu ildə reallaşan İran inqilabından sonra bu ölkəyə prezident səviyyəsində edilən ilk rəsmi ziyarət olacaq.

В этом разделе