Hüsni Mübarəkin səhhəti onun həbsxanaya köçürülməsinə imkan vermir
Misirin eks-prezidenti Hüsni Mübarəkin məhkəməsi Şarm əl-Şeyx şəhərində keçiriləcək. Bu qərar hazırda Şarm əl-Şeyx xəstəxanasında müalicə alan Hüsni Mübarəkin səhhəti ilə bağlı vəziyyəti nəzərə alaraq çıxarılıb. Şarm əl-Şeyx şəhər məhkəməsi xəstəxanadan cəmi 300 metr aralıda yerləşdiyindən məhkəmə prosesinin tamamilə təhlükəsiz olacağı bildirilir-ANS PRESS xəbər verir.
Qeyd edək ki, aprelin 13-də ürək tutması ilə xəstəxanaya yerləşdirilən Hüsni Mübarəkə qarşı kütləvi etirazların iştirakçılarına qarşı atəş açılması, büdcə vəsaitlərinin mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə ilə bağlı iş açılıb.