Misir paytaxtında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Qahirənin Təhrir meydanında iki tərəf zopalarla bir-birinə hücum edib. Bəzi şəxslərin başından yaralandığı bildirilir.
Xatırladaq ki, H. Mübarəkin gecə televiziya ilə çıxışından sonra onun tərəfdarları bu səhər televiziya binasının qarşısına toplaşıb.