Misir hakimiyyəti bu həftədən etibarən Qəzza ilə sərhəddə yerləşən “Rəfah” nəzarət keçid məntəqəsini açacaq
Bununla da İsraildən keçmədən qəzzalılar bu bölgəni tərk edə biləcək. Misir hakimiyyətinin bu addımı 1,5 milyon insanın həyatını nisbətən yüngülləşdirməyə yönəlib, - "Deyerler" “İslamNyus”a istinadən xəbər verir.
İsrailin tələbləri ilə diktator Hüsnü Mübarək rejimi tərəfindən bağlanılmış keçid məntəqəsi hər gün səhər saat 9-dan 21:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda indiyə qədər mövcud olan bütün yaş məhdudiyyətləri də aradan qaldırılır. Bundan sonra bütün yaş hədlərində olan insanlar Qəzzanı tərk edə biləcək.
Qeyd edək ki, İsrail hər cür bəhanələr gətirərək Qəzzanı qəddar blokadada saxlamağa çalışırdı.