Minlərlə Əhli-Beyt (ə) ardıcılı Nəcəf şəhərinə doğru hərəkətdədir

Məqsəd İslam peyğəmbərinin (s) əza mərasimidir

Əziz islam Peyğəmbərinin (s.ə) şəhadəti ərəfəsində, İraqın müxtəlif şəhərlərindən minlərlə insan müqəddəs Nəcəf şəhərinə piyada yola çıxmışdır.
"Deyerler"in ABNA-ya istinadlı məlumatına görə minlərlə Əhli-Beyt (ə) ardıcılı səfər ayının 28-də peyğəmbərə (ə) əza saxlamaq məqsədilə onun vəsisi olan həzrət Əlinin (ə) hərəminə doğru hərəkətdədirlər.

Xatırladaq ki, səfər ayının 28-i İslam peyğəmbərinin (s) vəfatı və onun nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Səfər ayının 30-u isə İmam Rzanın (ə) şəhadəti günü ilə Məhərrəm-Səfər əzası başa çatacaq.

В этом разделе