Məşəldən Abbasa "Feyyad" reaksiyası

Mahmud Abbasın, eks baş nazir "Səlam Feyyad"ı yeni bir hökumət qurmaqla vəzifələndirməsinə İslami Müqavimət Hərəkəti (Həmas) Siyasi Birlik Başçısı Xalid Məşəldən reaksiya gəldi.


TimeTurk xəbər verir: Məşəl, "Feyyadın hökumət qurmaqla vəzifələndirilməsi dialoqa maneə törədər" xəbərdarlığını etdi.

Həmasın ardından Fələstin Xalq Qurtuluş Cəbhəsi Ümumi Komandirlik Ümumi Sekretarı Əhməd Cəbrayıl da, "Mahmud Abbasın etdiyi konstitusiyaya zidddir" dedi.

İslami Müqavimət Hərəkəti (Həmas) Siyasi Birlik Başçısı Xalid Məşəl, Salam Feyyadın yeni bir hökumət qurmaqla vəzifələndirilməsiylə əlaqədar xəbərlərə toxunaraq bunun dialoqun qarşısında maneə meydana gətirdiyini söylədi. Məşəl, çöldən güc almaq siyasətini də tənqid etdi. Şənbə günü Fələstin Milli Konqresi Təqib Komissiyası yığıncağının ardından jurnalistlərin suallarını cavablandıran Məşəl, "Ayın 16-da dialoq görüşmələrinin yeni bir dövrü daha ediləcək və heç şübhəsiz Salam Feyyadın yenidən hökumət qurmaqla vəzifələndirilməsi kimi mövzular dialoqun qarşısında maneə meydana gətirməkdədir" dedi.

313NEWS.NET

В этом разделе