Mahmud Abbas administrası rüşvətxorluq, fırıldaqçılıq və əxlaqsızlıqla ittiham olunur

Muxtariyyət administrasiyası nümayəndələrinin qeyri-qanuni və nalayiq hərəkətləri İsrail telekanallarında nümayiş etdirilib.

Türkiyə mətbuatının yazdığına görə, İsrailin “Kanal-10” telekanalında M.Abbas administrasiyasındakı bir sıra yüksək vəzifəli şəxslərin rüşvətxorluq, fırıldaqçılıq və intim münasibətlərinə dair ikihissəli proqramın ilk hissəsi nümayiş etdirilib. Fevral ayının 9-da sözügedən telekanalda efirə verilən “Fəthgeyt” adlı proqramda administrasiya üzvlərinin fələstinlilərə yardım məqsədilə göndərilən maliyyə yardımlarını öz şəxsi hesablarına köçürdüklərini sübut edən videoçarx və sənədlər nümayiş etdirilib. Həmçinin, proqramda M.Abbasın yaxın adamlarından olan Rafiq əl-Hüseyninin qeyri-qanuni cinsi əlaqələrini əks etdirən videolent də efirə verilib.

İsrail mətbuatı bu proqramdan sonra M.Abbasın İsrailin Baş naziri B.Netanyahuya məktub ünvanladığı və proqramın ikinci hissəsinin nümayiş etdiriləcəyi təqdirdə istefa edəcəyi ilə hədələdiyini yazıb.

/timeturk/

/AzeriMuslims/

В этом разделе