Livanlıların əksəriyyəti "Hizbullah"a səs verməyə hazırlaşır

Aparılmış müxtəlif sorğulara əsasən, Livanda keçiriləcək parlament seçkilərində "Hizbullah" hərəkatı 60% səsə güvənə bilər.

Müsəlman partiyasının ölkə xristianları ilə ittifaq yaratması Hizbullaha seçkilərdə böyük səs çoxluğu ilə qalib gəlməyə imkan verir, - İslamNyus xəbər verir.

Müxtəlif mənbələrin verdiyi məlumata görə, iyun seçkiləri ərəfəsində "Hizbullah" hərəkatı praqmatik taktika götürərək ölkə xristianları ilə birləşib, eləcə də sionist hücumları zamanı dağıdılmış evlərin bərpası üçün xeyli məbləğdə vəsait ayırıb. Strategiya artıq öz nəticəsini verib: ölkə əhalisinin ən azı 60%-i yeganə namizəd kimi "Hizbullah"ı görür.

Seyid Həsən Nəsrullah və onun rəhbərlik etdiyi hərəkat hazırda seçkiqabağı kampaniyada liderlik edən müxalifət koalisiyasına başçılıq edir. İyun ayının 7-də keçirilməsi nəzərdə tutulan seçkilərdə çox ehtimal ki, "Hizbullah" qalib gələcək və Livana rəhbərlik edəcək. "Dəyərlər"

В этом разделе