Livanda yeni bir casusluq şəbəkəsi aşkarlanıb

İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə, Livanda Hizbullahın fəaliyyətləri ilə bağlı İsrailə kəşfi materiallar ötürən yeni 1 cəsusluq şəbəkəsi üzvü olan 3 nəfərin həbs edildiyi bildirilib.

Livandan yayımlanan Əl-Mənar telekanalı, İsrailə cəsusluq edən 1 şəbəkənin üzvü olan 3 nəfərin həbs olunduğunu ifadə edərək, 2 qardaşın Sultaniyədə 1 nəfərin də Livanın cənubundakı Dəyər Antara bölgəsində həbs olunduğunu qeyd edib.

Livan təhlükəsizlik hərbiçilərinin keçən həftə də Livan daxili təhlükəsizlik xidmətində kəşfiyyat personalı olaraq işləyən Heysəm Əs-Səmhərani adlı bir çavuşun həbs etdiyini ifadə edən əl-Menar telekanalı, Səmhəraninin sorğusundan sonra yeni şəxslərin tutulduğunu və beləcə son bir ay ərzində İsrailə cəsusluq fəaliyyətlərində olan 16 şəbəkənin ortaya çıxarıldığını ifadə edib.

İslam-Azeri.az


В этом разделе