Livanda yenə Mossad casusu yaxalandı

İki gün əvvəl Livan xüsusi xidmət orqanları İsrailə casusluq edən daha bir şəxsi yaxalayıblar.

İslam-Azeri.az internet qəzetinin "Əl Mənar"a istinadən verdiyi xəbərə görə, yaxalanan şəxs "Ocera" mobil şirkətində işləyirmiş.

Yaxalananın 66 yaşlı Milad İyad adlı şəxs olduğu önə çəkilib.

Qeyd edək ki, son bir il ərzində Livanda İsrailə casusluq edən 100-ə yaxın şəxs həbs edilib.

Həbs edilənlər arasında sabiq general və polis polkovniki də var.

В этом разделе