Livanda Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma: 4 ölü

Bu gün bu qarşıdurmalarla bağlı Livan prezidenti və baş naziri dövlətin yığıncağını keçiriblər

Livanda vəhabilərlə ələvilər arasında qarşıdurma baş verib. "İslamazeri"nin Livan mediasına istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 4 anəfər ölüb.

Qarşıdurma Suriyanın rəqib döyüşçülərini dəstəkləyən vəhabilərlə prezident Bəşər Əsədin ələvi tərəfdarları arasında baş verib.

Ötən həftədən bəri bu kimi atışmalar nəticəsində 13 adam öldürülüb.

Bu gün bu qarşıdurmalarla bağlı Livan prezidenti və baş naziri dövlətin yığıncağını keçiriblər.

Onlar ölkədəki sabitliyin qorunması üçün ordu və polisi hazırlıq vəziyyətində saxlanılmasını üçün tədbirlər görülməsini müvafiq qurumlara göstəriş veriblər.

В этом разделе