Livan prezidentindən Liviyaya etiraz

İlk dəfədir ki, Musa Sədrlə bağlı prezident səviyyəli etiraz müşahidə edilir.

İlk dəfədir ki, Musa Sədrlə bağlı prezident səviyyəli etiraz müşahidə edilir.

İslam-Azeri.az internet qəzetinin “Əl Mənar Tv”yə istinadən verdiyi xəbərə görə Livan prezidenti Mişel Suleyman növbəti Ərəb sammitində iştirak etməkdən imtina edib.

Buna səbəb isə 1978-ci ildə Əməl hərəkatının qurucusu böyük alim Musa Sədrin hələ də Liviya zindanlarında saxlanmasıdır.

Liviyaya səfəri zamanı qəfil yoxa çıxması və bunun da məhs Liviya hüquq mühafizə orqanları tərəfindən həyata keçirilməsini isə Livan Hizbullahı ötən il dəlillərlə sübut etmişdi.

Bununla bağlı Livan Parlamentinin sədri Nəbih Berri “Əl Mənar TV”yə müsahibə verib.

Müsahibəsində o Senyoraya bağlı partiyanın Livan prezidentinin bu qərarını tənqid etdiyini və bunun fəlakət adlandırmasına belə münasibət bildirib: “Bir vaxt Suriyada keçirilən Ərəb zirvəsi sammitinə məhs Senyoranın getməməsi zamanı heç bir fəlakət olmadı. Bir halda ki, Suriya haqqında kifayət qədər dəlillər yox idi. Liviyanın Musa Sədri əsir saxlamasına kifayət qədər dəlillər olduğu halda niyə biz bu addımı atmayaq?”.


İslam-Azeri.az

В этом разделе