Livan prezidenti İsrailin sülh istəmədiyini deyib

Mişel Süleyman

Bu barədə prezidentin dəftərxanasının yaydığı bəyanatda deyilir


Livan prezidenti Mişel Süleyman bəyan edib ki, İsrail Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlı deyil.

Bu barədə prezidentin dəftərxanasının yaydığı bəyanatda deyilir. Sənəd, işğalçı rejimin Şərqi Qüdsdə daha 1600 binanın inşasına dair qərarına olan reaksiyadır.

Süleymanın bəyanatında deyilir: "İsrailin yeni tikintiyə rəvac verməsi onun Madrid kofransı və Beyrut sülh təşəbbüsü əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etmək fikrində olmadığından xəbər verir".

Livan prezidentinin sözlərinə görə, İsrail hökümətinin yürütdüyü beynəlxalq ictimaiyyətin təzyiqlərinə məhəl qoymamaq siyasəti İsrailin fələstinlilərlə heç bir dialoqa girməmək istəyindən irəli gəlir.

В этом разделе