Livan hökuməti istefaya getdi

Livanın baş naziri Nəcib Mikati hökuməti istefaya göndərib

 

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, milli birlik hökumətinin formalaşması ilə bağlı çağırış edib. 

"Mən hökumətin istefasını elan edirəm və əminəm ki, bu, siyasi bloklara imkan yaradacaq ki, məsuliyyəti ələ alsınlar və Livanı qeyri-müəyyənlik şəraitindən çıxarsınlar", - o əlavə edib. 

Mikatinin etirafına görə, doğulduğu Tripoli şəhərindəki hadisələr onu bu addımı atmağa vadar edib. 
Artıq uzun müddətdir ki, Tripoli şəhərində dini zəmində qarşıdurmalar davam edir.

В этом разделе