Küveytli alim şiələri təhqir etdiyinə görə həbs edildi

Küveytin vahhabiyyət simalarından olan Mübarək Müşəxxəs Sənəd əl-Bəzali üç il müddətinə həbs edilib.

islam-azeri.az -ın xəbərinə görə o şiələri qətl etməyə dəvətə görə iki il və Cəfəri məzhəbini təhqir etdiyinə görə isə bir il həbs almışdır. Qeyd edək ki, Youtube video-paylaşım saytında da yayımlanmış olan videoçağrıda şiə deputatları Seyyid Hüseyn əl-Qəllaf və Saleh Aşuru ölümlə hədələyən Mübarək əl-Bəzali şiələri təhqir edərək onları rafizi adlandırmışdı. Başdan-ayağa şiəliyi təhqir edən videoçağrının sonunda əl-Bəzali şiələri hətta tövbə belə etsələr qətl etməyə dəvət etmişdi.

 

В этом разделе