Küveytdə Uşaqlara İslam Təhsili Vermənin Uyğun Yolları Araşdırıldı

Universitet və Hövzə Ustadı Höccətül İslam Məhəmməd Həsən Rastgu Uşaqlara İslami Təhsil Vermənin Uyğun Yolları Mövzusunda 25 Aprel Tarixində Küveytdəki İran Konfrans Salonunda çıxış etdi. 

İran Quran Xəbər Agentliyinin (İQNA) xəbərinə görə, Məhəmməd Həsən Rastgu, Peyğəmbər Sallallahu əleyhi və alihin risaləti dövründə cahiliyyəti ortadan qaldıraraq tövhidi və tək bir İlaha inancı yaymadakı siyasətinə toxunaraq, böyük düşünüb, infrastrukturu möhkəm meydana gətirərək ictimai məsələlərin həll ediləcəyini söylədi. 

Məhəmməd Rastgu danışmasının sonunda gənclərin İslami mövzularda suallarını cavablandırdı və kompüterin doğru istifadəsi haqqında məlumat verdi. 

Ayrıca iclasa elçi köməkçisi Məhəmməd Muniri, mədəniyyət mütəxəssisi Məhəmməd Əli Keyani, konsolluq səlahiyyətliləri və Küveytdəki İranlı şagirdlər də qatıldılar.


313NEWS.NET

В этом разделе