Keçən iki ay ərzində 431 Sionist Qaçdı

Sionist qəzetlərdən Ediot Ahronot dünənki sayında (09 Mart Çərşənbə axşamı) keçən iki ay içində işğal dövlətini tərk edən Sionistlərin sayının 431 minə çatdığını yazdı.

Qəzet verdiyi xəbərin davamında, 2009-cu ilin eyni aylarında 360 min adam işğal dövlətini tərk edərkən, bu ilin ilk iki ayında 431 min adamın tərk etdiyini ifadə edərək bunları yazdı: "İsraildəki işğalçıların sayı 2008-ci ildə 4% nisbətində gerilədi. Bunun təməl səbəbi qlobal iqtisadi böhran olmalı. Sonrakı illərdə davam edən geriləmədə İsrail ordusunun Qəzzəyə qarşı başlatdığı döyüşün təsirinin olduğu isə qətidir." 

Digər tərəfdən işğal dövlətiylə əlaqədar mövzularda mütəxəssis olan Dr. Adnan Əbu Əmir Fələstin İnformasiya Mərkəzinə etdiyi xüsusi şərhdə bunları ifadə etdi: "Sionist işğal dövlətindən köç etmələr hər keçən gün artmaqdadır. İntifada zamanında da edilən əməliyyatlar, fəda hərəkətləri və müqavimət səbəbiylə Sionistlər buraları tərk etməyə başlamışdı." 

Yəhudilərin həyatları üçün ən rahat, ən risksiz və ən çətinliksiz yerləri seçdiklərini deyən Əbu Adnan, "Yaşanan iqtisadi çətinliklər şübhəsiz işğal olunan dövlətə də təsir edir. Bu səbəblə Yəhudilər daha yaxşı bir həyat üçün Avropa ölkələrini seçirlər. Buralarda daha çox pul qazanmaq və daha yaxşı şərtlərdə yaşamaq istəyirlər" şəklində danışdı.

В этом разделе