İstanbulda İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı

Toplantı Somali hökumətinin çağırışı ilə gerçəkləşəcək.

313news.net saytının birlik.az saytına istinadən verdiyi məlumata görə İstanbulda avqustun 17-də İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək. Toplantı Somali hökumətinin çağırışı və Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun dəvəti ilə gerçəkləşəcək.

İKT baş katibi Ekmələddin İhsanoğlunun da qatılacağı İKT İcra Komitəsi 2006-cı ildən sonra ilk dəfə Ciddədən kənarda – İstanbulda toplanacaq.

Somali prezidenti Şeyx Şərifin də qatılacağı iclasda fəlakət bölgəsinə yardımların göstərilməsi məsələləri müzakirə ediləcək.

В этом разделе