Bir sıra İslam ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, İsrail hökuməti İslam mədəniyyətinin dini və tarixi abidələrini sistemli şəkildə dağıtmaqda davam edir
Hazırda israillilər Əl-Əqsa məscidinin İslami mahiyyətini məhv etməyə çalışırlar. Bu barədə SalamNews “ABNA”ya istinadən xəbər verir.
Məlumata görə, İsrail Silahlı Qüvvələri “HƏMAS” və “FƏTH” hərəkatları arasında barışıqdan sonra Yerusəlimin “Bab əl-Mamud” və “Əl-Maqarie” rayonlarını intensiv şəkildə dağıtmağa başlayıb.
İsrail hökuməti Fələstin məntəqələrini dağıtmaqla Yerusəlimdəki İslam mədəniyyətini məhv etmək siyasəti yürüdür. Qüds (Yerusəlim) bələdiyyəsinin rəhbərliyi bu rayonlarındakı yəhudi dükan və şirkətlərin sahiblərinə buraları üç gün ərzində tərk etməyi təklif edib.