İsrailin XİN başçısı həbs oluna bilər

İsrailin xarici işlər naziri Aviqdor Liberman barəsində cinayət işi açıla bilər

Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, o, parlamentin deputatı və Nazirlər Kabinetinin üzvü olduğu dövrdə bir sıra cinayətlər törətməkdə şübhəli bilinir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir, barəsində işin məhkəməyə veriləcəyilə bağlı məlumatlandırılıb. Bunadək isə prokurorluq hazırlıq iclası keçirməyi düşünür.
Prokurorluqdan bildiriblər ki, Liberman insanların inamından sui-istifadə etməkdə, dələduzluqda, çirkli pulların yuyulmasında, şahidlərə təzyiqlər göstərərək, onları yalan ifadə verməyə məcbur etməkdə şübhəli bilinir. İttihamlar 2001-2008-ci illərə aiddir.

В этом разделе