İsrailin xarici işlər naziri Musa (ə.s) peyğəmbəri günahlandırıb

İsrail xarici işlər naziri Aviqdor Lieberman Musa (ə.s) peyğəmbəri tənqid edib

SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, İsrail xarici işlər naziri Aviqdor Liberman müdafiə naziri Ehud Barak və sabiq xarici işlər naziri Tzipi Livni, ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən “Saban” forumunda iştirak edib.

O, forumdakı çıxışında “Musa peyğəmbər yəhudiləri niyə Yaxın Şərqə gətirib” deyərək onu günahlandırıb: "Əvvəlcə Musa (ə.s) peyğəmbəri yəhudiləri Yaxın Şərqə gətirdiyi üçün tənqid edirəm. Niyə Benilüksa (Hollandiya, Belçika, Lüksemburq bölgəsinə) getmədik? Bölgəmizdə çox problem var".

В этом разделе