İsrailin Səud narahatçılığı

Səudiyyə Ərəbistanı ilə ABŞ-ın həyata keçirdiyi tarixi silah satışından narahat olan İsrail rejimi Vaşinqtona "Satdığınız təyyarələrlə bizə 11 sentyabrdakı kimi hücum təşkil edilə bilər" kimi iddia ilə çıxış edib

ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı 60 milyard dollarlıq silahın İsraildə dərin narahatlıqlara səbəb olduğu bildirilir- "deyerler" "sabah"a istinadən xəbər verir. ABŞ və Səudiyyə Ərəbistanı arasındakı sazişin ən böyük hissəsi olan 30 milyard dollarlıq hissənin icrasından sonra qorxuya düşən Təl-Əviv narahatlıqlarını da Vaşinqtona bildirib. İsrail kəşfiyyatı “Mossad”a yaxınlığı ilə bilinən "Debka"nın xəbərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və müdafiə naziri Leon Panettaya narahatlıqlarını çatdırıb. İsrail Səudiyyə Ərəbistanının ondan daha çox qırıcı təyyarəyə və daha inkişaf etmiş silah-sursata malik olmasını istəmir.

В этом разделе