İsrailin saxladığı gəmidə 2 azərbaycanlı var

İsrailin Daxili İşlər Nazirliyi Türkiyə gəmisinə hücumdan sonra saxlanılanlar arasında təcili deportasiya edilməli olan şəxslərin adlarını açıqlayıb. Bu siyahıda iki nəfər azərbaycanlının da adı var. Siyahıda Avstraliya (3,',0), Azərbaycan (2,',0), İtaliya (6,',0), İndoneziya (12,',0), İrlandiya (9,',0), Aljir (28,',0), ABŞ (11,',0), Bolqarıstan (2,',0), Bosniya və Hersoqovina (1,',0), Bəhreyn (4,',0), Belçika (5,',0), Almaniya (11,',0), CAR (1,',0), Niderland (2,',0), Böyük Britaniya (31,',0), Yunanıstan (38,',0), İordaniya (30,',0), Küveyt (15,',0), Livan (3,',0), Mavritaniya (3,',0), Malayziya (11,',0), Misir (3,',0), Makedoniya (3,',0), Mərakeş (7,',0), Norveç (3,',0), Yeni Zelandiya (1,',0), Suriya (3,',0), Serbiya (1,',0), Oman (1,',0), Pakistan (3,',0), Çexiya (4,',0), Fransa (9,',0), Kosovo (1,',0), Kanada (1,',0), İsveç (11,',0), Turkiyə (380) və Yəmən (4) vətəndaşları var.

Xatırladaq ki, İsrail xüsusi təyinatlıları mayın 31-i gecə saatlarında “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə mühasirədə olan Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmanın ələ keçirilməsi istiqamətində əməliyyat aparıb. Guya edilən xəbərdarlıqdan sonra İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərə desant çıxarıblar.

Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar var. İsrail tərəfinin verdiyi rəsmi məlumatlara görə, insident nəticəsində 9 nəfər ölüb, 25 nəfər yaralanıb, qeyri rəsmi məlumatlara görə, isə yaralıların sayı daha çoxdur. Digər məlumatlara görə, insident nəticəsində 19 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Qərb mətbuatı yazır ki, gəmilərdə əksəriyyəti Türkiyə vətəndaşları olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malayziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İçveç, Almaniya nümayəndələri də olub.

ANS

В этом разделе