İsrailin "Dəmir qübbə"si rüsvay oldu

Rejimin havadan müdafiə sistemi işə yaramır

İsrailin "Yediot Aharanot" qəzetinin rəsmi saytının bu axşam (11 noyabr) yayınladığı xəbərdə, "Dəmir qübbə" adlandırılan raketdən müdafiə sistemi Fələstinin müqavimət qüvvələrinin atdığı 84 raketdən ancaq 2-sini zərərsizləşdirib. 313news.net-in türk mətbuatına istinadlı məlumatına görə, İsrailin dünən axşam saatlarından etibarən Qəzza zolağına təşkil etdiyi hücumda 6 fələstinli həlak olub və onlarla dinc sakin yaralanıb. Fələstin müqavimət hərəkatları isə bu hücuma cavab verməkdə gecikməyib və sionist hədəflərinə onlarla raket atıb.

İsrailin Rafael şirkəti tərəfindən Qəzza zolağı ilə sərhəddə quraşdırılan "Dəmir qübbə" sisteminin məqsədi Fələstin tərəfindən atılan raketləri zərərsizləşdirməkdir. Lakin sistem bu günə qədər uğur qazana bilməyib.

Milyon dollarlar hesabına başa gələn sistemin hər Qəzzadan atılan raketi zərərsizləşdirmək üçün atdığı raketin qiymətinin 35-50 min ABŞ dolları arasında olduğu bildirilir.

В этом разделе