İsrailin Qərargah Rəisindən şok etiraflar

İsrail Ordusunun Qərargah rəisi doktorantura aldığı bir universitetdə şok açıqlamalar edib

İslam-Azeri.az İnternet qəzetinin İsrail mediasına istinadən verdiyi xəbərə görə, İsrail Ordusunun Qərargah rəisi Qabi Aşkenazi çıxışı zamanı deyib: 'Müvəffəqiyyətli ola bilmədim. Şalıtin azad edilməsiniı təmin etmək üçün hərbi gücdən istifadə edə bilməyəcəyimizi artıq qəbul etməyimiz lazımdır. Həmişə bir vertolyotun, içində Gilad Şalit olduğu halda (Qəzza sərhədində) Erez keçiş nöqtəsinə endiyini və ailəsini axtararaq oğullarını qurtardığımız müjdəsini verməyi xəyal edirəm. Ancaq Həmas onu tapmamız qeyri-mümkün olan bir yerdə saxlayır. Harada olduğunu bilmirik. Əgər biz onun sərbəst buraxılmasını təmin edəcək bir hərbi variantı tapa bilmiriksə, o halda sərbəst buraxılması üçün məqbul bir əvəzi də ödəməmiz lazım olduğunu qəbul etməliyik".

İran haqqında köksünü çəkərək danəşan Aşkenazi sözlərinin davamında deyib: 'Hərbi əməliyyatlar çıxış yollarından biri olaraq qəbul edilməlidir. Biz İranın nüvə silahına malik olmasına razı ola bilmərik. İrana qarşı sanksiyalar ola bilsin ki, İranın nüvə silahı əldə etməsinə artıq maneə olubdur".

Yaxın Şərqdə vəziyyətə əsas təsir edən iki ölkə haqqında da danışan Aşkenazi deyib: "Yaxın Şərqin gündəmi Ərəb dünyasının xaricindəki iki ölkə; İran və Türkiyə tərəfindən təyin olunur. İran olmadan Həmas və Hizbullah bu gün olduqları mövqedə ola bilməzdilər. Bu səbəbdən İsrail Ordusu İran imtahanı üçün hazır olmalıdır. Şübhə yox ki, hərbi hərəkatın əvəzi ağır olacaq amma İranın nüvə silahlara sahib olmasını önləmək üçün hər şeyə hazır olmalıyıq".

İsrailin Qərargah rəisi Livan "Hizbullah"ının gücünü də çıxışı zamanı etiraf edib: "İsrail ordusunun ən böyük problemi "Hizbullah"dır. İkinci Livan müharibəsi zamanı tənqidlər də çox oldu, ancaq biz öz yolumuza davam etməkdəyik. Ancaq bunları da bilməliyik ki, "Hizbullah" istədiyi zaman İsrailin hər bir nöqtəsinə, istədiyi qədər raket ata bilər. Ancaq buna baxmayaraq İsrail "Hizbullah"a Cəlilə bölgəsini verməyəcəkdir".

В этом разделе