İsraili dayandırmaq lazımdır-Əl-Əqsanın şeyxi

Məscidül-əqsa

Qüds şəhərinin imam-xətibi şeyx Yusuf Sələmə israillilərin bu şəhəri yəhudiləşdirmək planları barədə xəbərdarlıq edib

O, Qüdsü qorumaq üçün İslam və ərəb ümmətinin birləşməsini vacib sayıb və qeyd edib ki, İsrailin hökumət dairələri 2020-ci ilə Qüds üzərində nəzarəti tam ələ almaq istəyir.

Şeyx Yusuf Qüdsə və Əl-Əqsa məscidinə yönəlmiş İsrail planlarının qarşısının alınması xahişi ilə dünya müsəlmanlarına müraciət edib. Bu barədə SalamNews “İribNews” agentliyinə istinadən xəbər verir.

“Qüdsdə, xüsusən də Şeyx Cərrah, Şaafat, Salvan və Eysaviya rayonlarında yüzlərlə yaşayış komplekslərinin dağıdılması və onların yerinə yəhudi-ekstremistlər üçün yaşayış məntəqələrinin tikilməsi, minlərlə fələstinlini sığınacaq axtarışına çıxmağa məcbur edib”, - deyə şeyx vurğulayıb.

İsraillilər son vaxtlar Fələstin yaşayış massivlərində və kənd təsərrüfatı ərazilərində 3000-ə yaxın yaşayış binalarının intensiv tikintisinə başlayıblar. Onların məqsədi yəhudi əhalisinin xeyrinə şəhərin demoqrafik strukturunu dəyişməkdir.

В этом разделе