İsraildən misli görünməmiş irqçilik

Yəhudilər yüklərini maşınla, fələstinlilər araba ilə daşıyır

İsraildə keçən ay gündəmə gələn "Ayrı avtobus" qərarından sonra, qərbi şəriə küçələrində yəhudi və fələstinlilərə ayrı yol tətbiqi diqqəti cəlb edib. 313news.net-in AA-ya istinadlı məlumatına görə, Xəlil şəhərində əsas yol tamamilə yəhudilərin istifadəsinə verilib. Fələstinlələrə isə dar və qarışıq yollardan istifadə etmək tapşırılıb.

İsrail hərbçiləri bəzi yolları fələstinlilərin üzünə bağlayır və yalnız yəhudilərin istifadəsinə icazə verir. Məsələn, Səlamiyyə məhəlləsindən İbrahim məscidinədək olan 70 metrlik küçədə fələstinlərin yalnız piyada və ya velosipedlə hərəkətinə icazə verilir. Küçəyə avtomobillə çıxa bilməyən fələstinlilər ticarət mallarını  at və ya əl arabaları ilə daşımalı olurlar.

Yəhudilər üçün keçidi sərbəst olan prospektdə, fələstinlər üçün çəpərlə ayrılmış dar və qarışıq keçidlər nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl qərbi Şəriədən İsrailə işləməyə gedən fəhlələrin yəhudilərlə ayrı avtobuslara minməsi ilə bağlı qərar dünya ictimaiyyətində "irqçilik" kimi əks-səda doğurmuşdu.

В этом разделе