İsraildə “təriqət” lideri həbs edilib

İsrail polisi qadınları kölə halında saxlayan və öz uşaqları ilə cinsi əlaqədə olan bir təriqət liderini həbs edib.

İsrail Təhlükəsizlik İdarəsinin əməkdaşı Miki Rosenfeld 59 yaşlı Qoel Rotsonun Təl-Əviv ərazisində müxtəlif evlərdə 17 qadın və 40-a yaxın uşağı zorla kölə halında saxladığını bildirib. O, əməliyyat zamanı evlərin birində 10 qadın və 17 uşağa rast gəlindiyini və onların olduqca acınacaqlı şəraitdə saxlanıldıqlarını qeyd edib.
Məlumat üçün bildirək ki, Rotson illərdir ki, üzvlərinin əksəriyyəti qadınlardan ibarət olan təriqətin lideri kimi tanınır. 10-a yaxın həyat yoldaşı və uşağı olan bu şəxsin öz qızlarına təcavüz etdiyi də güman olunur. Sözügedən şəxsin vəkili isə bu iddiaları rədd edərək, qadınların öz istəkləri ilə orada saxlanıldığını bildirib.
/dunyabulteni/

/AzeriMuslims/

В этом разделе