İsrail yenidən Qəzzanı bombaladı

İsrail hərbi-hava qüvvələri Qəzza zolağına aviazərbələr endiriblər.

İslamazeri.az-ın FHA-ya istinadən verdiyi xəbərə görə, Fələstin rəsmiləri hücum nəticəsində 1 nəfərin yaralandığını bildiriblər. Bu, sutka ərzində İsrail aviasiyasının Fələstinə ikinci hücumudur. Bir neçə saat əvvəl edilmiş hücumda 2 nəfər həlak olub, 5 nəfər isə yaralanmışdı. Hücum nəticəsində «İzzəddin əl-Kassam briqadaları» qruplaşmasının liderlərindən biri Əbdürrəhman əbu Cəlalənin də həlak olduğu bildirilir.

В этом разделе