İsrail, yenə İsmail Haniyəni sui-qəsdlə təhdid etdi

İslam-Azerinin Fələstin İnformasiya Mərkəzinə istinadlı xəbərinə görə, sionist qəsbkar rejim İsrail Parlamentindən bir nümayəndə, Fələstinlilərin girov saxladığı Gilad Şalit sərbəst buraxılmadığı təqdirdə, İsmail Haniyəyə qarşı sui-qəsd təşkil ediləcəyini iddia edib.
Sionist İsrail Parlamenti Təhlükəsizlik və Xarici İşləri Komissiyası üzvlərindən Arye Eldad, sionist İsrail radiosuna verdiyi müsahibədə, "Alınacaq hər qərardan əvvəl Həmasın fikri örgənilməlidir və ona uyğun hərəkət edilməlidir" deyib.

Eldad eyni zamanda, "Verilən müddət ərzində Gilad Şalitin azadlığa buraxılmadığı təqdirdə, İsmail Haniyəyə qarşı terror təşkil edilməsi lazımdır" deyə əlavə edib.

Qəsbkar İsrail daha əvvəl də, Fələstin xalqının seçkilər nəticəsində iqtidara gələn Baş nazir İsmail Haniyəni dəfələrlə sui-qəsdlə təhdid etmişdir.

İslam-Azeri.az

В этом разделе