İki ölkə arasındakı gərginlik davam etməkdədir
"APA"nın məlumatına görə İsrail prezidenti Şimon Peres Türkiyə prezidenti Abdulla Güllə planlaşdırılmış görüşün İsrailin «Azadlıq donanması»na hücuma görə üzr istəməməsi səbəbindən baş tutmayacaq.
Bəzi məlumatlara görə BMT sammiti çərçivəsində görüşün təşəbbüskarı olan türk tərəfi görüşə yoğun iş qrafikinin mane olduğunu bildirib.
Qeyd edək ki, may ayında Fələstinin Qəzza sektoruna humanitar yardım aparan beynəlxalq gəmi karvanına İsrail hərbçilərinin hücumu nəticəsində 9 nəfər ölmüşdü. İsrail hərbçilərinin əsas hədəfi 6 gəmidən ibarət yardım donanmasındakı türk “Mavi Mərmərə” gəmisi olmuşdu.