İordan çayının qərb sahilindəki Salfit qəsəbəsində dünən həbs edilən fələstinlilər sərbəst buraxılıb.
Sərbəst buraxılan fələstinlilərin muxtariyyətin kəşfiyyat xidmətinin əməkdaşları olduğu bildirilir. Əldə edilən son məlumatlara görə isə bugün üçü kəşfiyyat xidmətinin əməkdaşı olmaqla beş fələstinli həbs edilib. Fələstin mənbələri xəbəri təsdiqləyərək, dünən və bugünkü həbslər arasında əlaqənin olub-olmamasını araşdırırlar.
Mənbələrin qeyd etdiyinə görə, muxtariyyətin kəşfiyyat xidmətinin əməkdaşlarının həbsindən sonra İsrail və Fələstin Muxtariyyətinin nümayəndələri arasında telefon danışığı baş tutmuş, daha sonra məsələyə ABŞ-ın da müdaxilə etməsindən sonra həbs edilənlər sərbəst buraxılmışdı. Muxtariyyət nümayəndələri kəşfiyyatçıların həbslərinin İsrail tərəfi ilə danışıqların baş tutmamasından sonraya təsadüf etməsini xüsusi vurğulayıblar.
/ihlas/
/AzeriMuslims/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016