İsrail sivil formada işğalını davam etdirir

İslam-Azerinin İsrail mətbuatına istinadlı xəbərinə görə, İsrail, İordaniya Vadisində 26 illik məsafədən sonra yeni bir yaşayış şəhəri inşaatına başlayır.

İnşaat layihəsinə ilk təsdiqin Ariel Şaronun Baş nazirliyi və Şaul Mofazın Müdafiə nazirliyi dövründə, 2005-ci ilin payız ayında verildiyi, 2006-cı ilin iyun ayında Müdafiə Naziri Komandir Peretzin də layihəyə dəstək verməyə çalışdığı, lakin daha sonra müsəlman ölkələrin buna qarşı etiraz etdiyinə görə geri addım atıldığı bildirilib.

Yeni layihənin, Qəzza düşərgələrindən qovulan yəhudilər üçün yeni şəhər inşa etməyin nəzərdə tutduğu qeyd edilib.

İordaniya Vadisi Bölgə Şurası Başçısı David Əlhayani, bölgənin infrastruktur tenderini keçən həftə nümayiş etdiklərini təsdiqləyib. "İnşaata başlamazdan əvvəl infrastrukturu hazırlamaq üçün artıq işlər başladılıb" deyən Əlhayani, "Sionist partiyalar arasında, İordaniya Vadisinin İsrail nəzarətinə keçməsi yönündə tam bir razılaşma əldə olunub."-deyib.

Bir sözlə İordaniya Vadisi hakimiyyət tərəfindən sionist İsrailə satılıb.

İslam-Azeri.az


В этом разделе