İsrail Seyyid Nəsrullahın ölümünü istəmir

"Hizbullah"ın baş katibi Seyyid Həsən Nəsrullahın öldürülməsi sionistlərin maraq dairələrinə daxil deyil.

İslam-Azeri.az İnternet qəzetinin Livan KİV-inə istinadən verdiyi xəbərə görə, Həsən Nəsrullahın Türkiyə səfəri ərəfəsində ölkə qəzetlərinin birində "Hizbullah" liderinin mümkün ölüdürlməsi və bundan sonra baş verə biləcək hadisələr incələnib.

Livan jurnalisti Nikolas Louri Seyyid Həsən Nəsrullahın sələfi Abbas Musavinin qətlə yetirilməsini xatırlayır. O bildirir ki, 1992-ci ildə sionist raketi "Hizbullah"ın sabiq liderinin və ailə üzvlərinin həyatına son qoydu.

Amma Musavinin xələfi Seyyid Həsən Nəsrullah bu cinayətdən sonrakı çıxışında bildirdi: "Yaxın zamanda sionistlər əmin olacaqlar ki, Musavinin qətli onların ən böyük səhvləri olub". Bu bəyanatdan sonra cərəyan edən hadisələr Həsən Nəsrullahın nə qədər haqlı olduğunu sübuta yetirdilər.

"Hizbullah" artıq nəinki Livanda, bütün Yaxın Şərqdə aparıcı qüvvələrdən birinə çevrilib. Bəzi mənbələr isə İsrailin Seyyid Həsən Nəsrullahın ölümündə maraqlı olmadıqlarını önə çəkirlər.

Bildirilir ki, artıq sionistlər bir növ əsas düşmənlərinə adət ediblər. Onun hansı şəraitdə hansı addımı atacağını da ehtimal edə bilərlər. Lakin Seyyid Həsən Nəsrullahın şəhid edilməsi bütün Livanı, bəlkə də bütün müsəlman dünyasını ayağa qaldıracaq. Eyni zamanda İsrailə nifrət bir qədər də artacaq.

Livan yazarının fikrincə, Nəsrullahın ölümü "Hizbullah"ı şoka salsa da, diz çökdürməyəcək. Çünki kifayət qədər nizama malik Müqavimət Təşkilatı çox qısa zamanda yeni liderinə qovuşacaq və sionistlərə daha da sarsıdıcı zərbələr endirəcək.


İslam-Azeri.az
 

В этом разделе