İsrail şəriət məhkəməsi “itə dönən” vəkilə daşlanma cəzası verdi

Radikal yəhudi məhəlləsi Mea Şearimdə bir küçə iti məhkəməyə girərək hakimləri və şikayətçi tərəfi qorxudub.

İsraildə dini məhkəmə 20 il əvvəl dini hakimləri təhqir edə laik (dünyəvi) vəkilin reankarnasiyası olduğuna inandığı it barəsində rəcm (daşlanma) cəzası verdi. "ANS PRESS"in İsraildə fəaliyyət göstərən “ynet.co.il” saytına istinadən yaydığı məlumata görə, bir neçə həftə əvvəl Qüdsdə radikal yəhudi məhəlləsi Mea Şearimdə bir küçə iti məhkəməyə girərək hakimləri və şikayətçi tərəfi qorxudub. Xəbərdə, hakimlərdən birinin 20 il əvvəl laik bir vəkilin məhkəməni təhqir etməsini xatırladaraq bu itin həmin vəkil olduğu və rəcm olunması istiqamətində qərar verdiyi bildirilir.

Qeyd edək ki, it cəzanı icra etmək istəyən uşaqların əlindən qaçaraq canını qurtarıb. Heyvan hüquqları müdafiəçiləri isə hadisəni pisləyib.

Xatırladaq ki, yəhudilikdə olan bəzi inanışlara görə, ölmüşlərin ruhu başqa canlılarla yenidən həyata qayıdır.

В этом разделе