İsrail rejimi Livanla üçüncü müharibəyə hazırlaşır? - TƏHLİL

İsrail rejimi işğal ordusu Livan "Hizbullah"ına qarşı müharibəyə hazırlaşır.

Rejim ordusunun Livanın şimal sərhədlərində mövqe tutmuş 91-ci briqadasının komandiri Hertzi Halevi dünən jurnalistlərə verdiyi açıqlamada deyib: "Ordumuz daha ciddi və peşəkar bir başqa Livan Müharibəsinə hazırlaşır. Reaksiya daha iti, sərt və şiddətli olmalıdır". (Hurriyet)

Bölgənin yanmaq riski altında olduğunu söyləyən Halevi, müharibə hazırlığında Suriyada yaşanan hadisələrin də təsiri olduğunu ifadə edib.

Mənbələrə görə, Suriya prezidenti Bəşər Əsədin devrilməsini arzulayan İsrail rejimi işğal ordusunun guya Əsədin devrilməsiylə bölgədə yaşanacaq bir xaosa qarşı hazırlandığı ifadə edilir.

“Haaretz” isə İsrail rejimi işğalçı ordusunun müharibə simulyasiyalarında, xüsusilə Cənubi Livandakı kəndlərdə “Hizbullah”a qarşı geniş miqyaslı bir quru döyüşü planlarının sınandığını bildirir.

Livan ordusu da müharibəyə qoşula bilər

İsrail rejimi üçüncü bir "Livan Müharibəsi"nə başlayacağı təqdirdə yalnız “Hizbullah”la qarşı-qarşıya qalmaya bilər. Bölgədə fəaliyyətini artıran Livan ordusu ilə sərhəd bölgəsindəki İsrail rejimi işğalçı ordusu arasında gərginliklər yaşanır. "Haaretz"ə görə, İsrail işğalçı ordusu hələlik bu tip vəziyyətləri böyütməmək meylindədir və birbaşa Livan ordusuna qarşı böyük bir əməliyyatdan çəkinir. Ancaq yenə də bölgəyə ediləcək hər hansı bir müdaxilədə Livan ordusu da “Hizbullah”la birlikdə İsrail rejimi işğal ordusuna cavab verə bilər.

İkinci Livan Müharibəsi

2006-cı ildə İsrail rejimi ilə Livan arasında baş  verən müharibədə 1191 Livan vətəndaşı həyatını itirmişdi. İsrail tərəfindən isə 121 sionist əsgər və 43 işğal olunmuş torpaqlarda yaşayan gəlmələrdən ölmüşdü. Livanın paytaxtı Beyrutun xarabaya döndüyü döyüşdə 4 min 500 livanlı da yaralanmışdı. BU müharibə uzun illərdən bəri İsrail rejiminin dünyaya öz ordusunu ən qüdrətli bir ordu kimi tanıdmasını fiaskoya uğratmışdır. Hizbullah döyüşçülərindən ibarət kiçik bir qrupun müqaviməti nəticəsində İsrail rejimi rəzil vəziyyətdə geri çəkilməyə məcbur olmuşdur.

Əbazər Əhmədli /Deyerler.Org/

 

В этом разделе