İsrail rejimi fələstinliləri yenə “Əl-Əqsa”ya buraxmadı

Müsəlmanlar zorla məsciddən çıxarılıblar

 

İsrail bu həftə həyatını itirən və öldürülən 4 fələstinli üçün keçirilən etiraz nümayişlərini bəhanə edərək bu həftə də müsəlmanların “Əl-Əqsa” məscidinə girişində məhdudiyyətlər tətbiq edib, - "deyerler" “haberturk”-ə istinadən xəbər verir.

Məlumata görə, rejimin hərbçiləri xüsusilə yaşlıları “Əl-Əqsa” məscidinə buraxmayıb. Eyni zamanda “Əl-Əqsa” məscidinə daxil olanlara cümə namazlarını qılmaq üçün cəmi yarım saat vaxt verilib. Bundan sonra müsəlmanlar zorla məsciddən çıxarılıblar.

Qeyd edək ki, İsrail həbsxanasında həyatını itirən Əbu Həmdinin ölməsi ilə əlaqədar keçirilən aksiya zamanı fələstinlilərə atəş açılmışdı. Bu zaman daha iki fələstinli həyatını itirmişdi.

 

В этом разделе