Bu barədə İsrailin məşhur Maariv qəzeti yazıb.
Qəzetin yazdığına görə İsrail höküməti yəhudilərin kütləvi olaraq müsəlmanlığa keçməsindən narahat olub.
Məlumata görə keçən il 142 yəhudi müsəlmanlığı seçdiyinə görə Ədliyyə nazirliyinə müraciət edib.
Bu il isə müsəlman olanların sayı 32-dir.
Ümumiyyətlə son 5 ildə yəhudilərin öz dinlərini kütləvi surətdə dəyişdiyi önə çəkilir.
Qəzetin yazdığına görə bu günə qədər İsraildə yaşayan 306 yəhudi öz dinini dəyişib. Onlardan 249 nəfər İslam dininə, 48 nəfər isə xristianlığa keçib.