İsrail Qəzzəyə köməy etməyə maneə törədir

İsrail, 22 gündəlik Qəzzə hücumlarının ardından dörd ay kimi bir zaman keçməsinə baxmayaraq xalqın gündəlik ehtiyac vəsaitlərinin bölgəyə girişinə icazə vermir.


Zaman xəbər verir: 1,5 milyon Fələstinlinin yaşadığı Qəzzəyə bir tək yemək, dərman və yuyucu gətirilməsinə icazə verən İsrail, bunun xaricindəki hər şeyi qadağan etmiş vəziyyətdədir.

18 Yanvarda sona çatan əməliyyatdan sonra Qəzzə Şeridində olan Haaretz Qəzetinin müxbiri Amira Hassın xəbərinə görə bölgəyə, çay, qəhvə, paltar, inşaat vəsaitləri, kitab, elektrik alətləri, iplik, heyvan, musiqi alətləri, iynə və ayaqqabı kimi malların gətirilməsi qadağandır. Makaron idxalatına isə bölgəni ziyarət edən ABŞ Senatoru John Kerryin qadağana qarşı qarışıqlığını ifadə etməsindən sonra icazə verilmişdir. Mebeldə istifadə ediləcək taxtaya belə qadağan tətbiq edən Təl Əviv rəhbərliyi, marqarin və duz girişinə isə 5 həftə əvvəl yaşıl işıq yandırmışdır.

Çətin şərtlər altında yaşayan Qəzzəlilər, gündəlik ehtiyac vəsaitlərini Misir sərhədində tikdikləri yeraltı tunellərindən tədarük görməyə çalışarkən, Qahirə rəhbərliyi son iki aydır bunları məhdudlaşdırır. 

313NEWS.NET

В этом разделе