İsrail ordusunda intiharların sayı artıb

 İsrail Ordusunun zabiti öz kabinetində güllələnmiş vəziyyətdə tapılıb.
İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə dünən (31 may) İsrail ordusunun hərbi hissələrindən birində Çaxalın (İsrail Hərbi Kəşfiyyatı) yüksək rütbəli zabitlərindən birinin cəsədi öz kabinetində tapılıb. İsrail Hərbi Polisinin istintaq idarəsi bu faktla bağlı araşdırmaya başlayıb. İlk versiyaya görə kəşfiyyatçı zabit intihar edib. Çünki onu kabinetində aşkar edəndə əlində tapanca olub. İsrail qəzetinin yazdığna görə son zamanlar İsrail ordusunda ruh düşgünlüyü daha da artıb. Əgər bu fakt intihar kimi sübut olunarsa Çaxal mayoru 6 nəftə ərzində intihar etmiş 6-cı zabit olacaq. Son zamanlar İsrail ordusunda ruh düşgünlüyü və psixoloji problemləri artan zabitlərin sayı çoxalmaqdadır. Bu da İsrail ordusunun iki il ərzində iki dəfə məğlubiyyətə uğraması və çox sayda əsgər-zabit itirməsi ilə əlaqələndirilir. Keçən il 22 Çaxal kəşfiyyatçısı özünə qəsd etmişdi.
 İslam-Azeri.az

В этом разделе