İsrail ordusu Qəzzada əməliyyatı dayandırdı

İsrail və Fələstin arasında atəşkəs razılaşması qüvvəyə mindi

İsrail ordusu Qəzza bölgəsində döyüş əməliyyatlarını dayandırıb. Bu addım ölkənin siyasi rəhbərliyinin Fələstin hökuməti ilə bir həftəlik atəşkəs barədə razılığı əsasında atılıb. ANS PRESS-in məlumatına görə, bunu RİA “Novosti”yə ordu nümayəndəsi bildirib.

“Hazırda Qəzzada ordu heç bir fəaliyyət göstərmir. Əməliyyatlar saat 21.00-dan (Bakı vaxtı ilə ötən gün saat 23.00) etibarən dayandırılıb”, - o deyib. Bununla belə, İsrail ordusunun nümayəndəsi iddia edib ki, atəşkəs qüvvəyə mindikdən sonra Fələstin ərazisindən bir neçə raket atılıb: “Belə şeylər var. Lakin biz cavab vermirik”.

Qeyd edək ki, İsrail ordusu Qəzza bölgəsində əməliyyatlara noyabrın 14-dən başlayıb. Əməliyyat zamanı yüzlərlə hədəfə zərbə endirilib, quru əməliyyatlarına da hazırlıq aparılıb.

В этом разделе