İsrail ordusu keçən ay 9 fələstinlini qətlə yetirmiş, 250 fələstinlini isə qaçırıb

İslam-Azeri.az internet qəzetinin FİA-nə istinadlı xəbərinə görə Beynəlxalq Həmrəylik Təşkilatı İsrailin keçən ay Fələstinlilərə qarşı törətdiklərinin statistikasını açıqlayıb.

Verilən açıqlamaya görə İsrail ordusu keçən ay(iyun) 9 fələstinlini qətlə yetirib və 250 fələstinlini qaçırıb.


Qətlə yetirilənlərdən 2-si, qaçırılanlardan isə 22-si uşaqdır.


Qaçırılan fələstinlilərdən 16 nəfəri isə Qəzzalı balıqçılardır.


İsrail ordusu işğal ilə qurduğu rejimin ilk illərindən bəri 860 min fələstinli qaçıraraq həbs etmiş, yüz minlərlə fələstinli isə terror və qətliam nəticəsində qətlə yetirilib.


İslam-Azeri.az


В этом разделе