İsrail ordusu havadan və qurudan Qəzzaya girdi

Eyni zamanda İsrailin 7 buldozer və çox sayda tankla Xan Yunus şəhərinə də daxil olduğu bildirilir

İsrail hərbçiləri zirehli avtomobillər, kəşfiyyat təyyarələri və helikopterlərlə Qəzzaya daxil olub, - "deyerler" “dunyabulteni”nə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, İsrail ordusu qurudan 8 tank və buldozer, havadab kəşfiyyat təyyarələri və helikopterlərlə Rəfah şəhərindəki Sofiya nəzarət keçid məntəqəsi istiqamətindən Qəzzaya girib.

Eyni zamanda İsrailin 7 buldozer və çox sayda tankla Xan Yunus şəhərinə də daxil olduğu bildirilir. Rejimə məxsus buldozerlərin tankların müşayəti ilə geniş dağıntı və qazıntı işləri apardığı bildirilir. Hələlik İsrail rejiminin bu təxribatına heç bir rəsmi izahat verilməyib.

В этом разделе