İsrail yaxın əməkdaşlıq etdiyi Hüsnü Mübarəkə ünvanlanan tənqidlərin kəsilməsi üçün dünyaya çağırış edib
İsrail rəhbərliyi həftəsonu Amerika Birləşmiş Ştatlarına və bəzi Avropa ölkələrinə bölgədəki sabitliyin qorunması üçün Misir prezidenti Hüsnü Mübarəyin tənqidinin dayandırılmasını istəyib.
"Yeni Müsavat"ın "Haaretz" qəzetinə istinadlı xəbərinə görə, İsrail dünya dövlətlərinin Mübarəkə qarşı olan hərəkətləri dəstəkləməsindən narahat olur. Yüksək səviyyəli israilli rəsmilər Xarici İşlər Nazirliyinin şənbə günü ABŞ, Kanada, Çin, Rusiya və bir neçə Avropa ölkəsindəki səfirliklərinə təlimatlar göndərdiyini, bu səfirlərin işlədikləri ölkələrdəki rəhbərliklərlə əlaqəyə girərək, İsrailin tələblərini çatdırdığını söyləyib. Səfirlərə Misirdəki sabitliyin həmin ölkələr üçün də əhəmiyyətli olduğunu vurğulamaq təlimatı verilib.
İsrail öz ictimaiyyətinin də Misirdə baş verən olaylara çox diqqət verməməsinə çalışır. Hətta baş nazir Benyamin Netenyahu nazirlərinə tapşərəb ki, mövzu haqqında ictimaiyyət qarşısında danışmasınlar.