İsrail məsciddə şərab festivalı keçirmək istəyir

İsrailin hakimiyyət dairələri müsəlmanlar arasında məşhur olan Beer Şeva məscidində sentyabrın 5-də "6th Annual Salut Wine and Beer Festival" adlı şərab və pivə festtivalının keçirilməsinə icazə veriblər

Milli.Az Əl Ərəbiyyə-yə istinadən bildirir ki, şərab və pivə festivalında müxtəlif spirtli içkilər nümayiş etdiriləcək və onların məsciddə düzülməsi nəzərdə tutulur.

Fələstin İslam Hərəkatı sədrinin müavini şeyx Kamal əl Hətib məsciddə şərab festivalı keçirilməsi ilə bağlı qərarın ləğv edilməsini istəyib.
"Buna yol verməmək üçün genişmiqyaslı etiraz aksiyaları da keçirəcəyik. Beer Şeva məscidində içki festivalı keçirmək qərarı İsrailin nə dərəcədə çirkinləşdiyini göstərir. İsrailin hakimiyyət dairələrini məscidə, dinimizə və İslama sataşmamağa çağırıram, - şeyx əl Hətib deyib. - Beer Şeva məscidinin İslam tarixi muzeyinə çevrilməsi qərarına qarşı çıxmışdıq. Beer Şeva şəhər bələdiyyəsi, deyəsən, sakitləşməyib və indi də burada şərab festivalı keçirmək istəyir".
Beer Şeva bələdiyyəsi bəyan edib ki, məsciddə keçiriləcək festivalda İsraildə şərab və pivə istehsal edən 30 şirkət məhsullarını nümayiş etdirəcək.
"Festival zamanı məscidə masa və kreslolar da qoyulacaq, İsrailin məşhur sənətçiləri konsert də verəcəklər", - bələdiyyənin açıqlamasında bildirilir.

В этом разделе